Naxçıvanda 77 mindən artıq yeni iş yeri açılıb

Naxçıvanda 77 mindən artıq yeni iş yeri açılıb
  23 May 2020    Oxunub:3116
"Muхtаr rеspublikаda özəl bölmənin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir, məşğulluq təmin edilir və əhаlinin rifаhı yüksəldilir. Son illər muxtar respublikada 77 mindən artıq yeni iş yeri açılıb".
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev deyib.

Nazir bildirib ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Onun sözlərinə görə, yeni müəssisələrin yaradılması və iqtisadi resurslardan səmərəli istifadə diqqətdə saxlanılır.

Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat   Nazir  





Xəbər lenti