840 milyonluq notlar dövlət qeydiyyatına alındı

840 milyonluq notlar dövlət qeydiyyatına alındı
  21 May 2020    Oxunub:3706
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, bu ilin yanvar-mart aylarında ölkədə Mərkəzi Bankın 840 milyon manat dəyərində notları, 170 milyon manatlıq dövlət istiqrazları, 103,7 milyon manatlıq korporativ istiqrazları, 76,8 milyon manatlıq səhmlər dövlət qeydiyyatına alınıb.
övlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 305,1 milyon manatlıq notları, 290,4 milyon manatlıq dövlət istiqrazları, 23,4 milyon manatlıq korporativ istiqrazları və 6,3 milyon manatlıq səhmlər yerləşdirilib.

Birinci rübdə nominal dəyəri 737,8 milyon manat olan korporativ istiqrazları, Mərkəzi Bankın 188,4 milyon manatlıq notları, 104 milyon manatlıq dövlət istiqrazları və 80,9 milyon manatlıq səhmlər tədavüldə olub.

Azvision.az



Teqlər: Mərkəzi-Bank   Not  





Xəbər lenti