Gürcüstanın Azərbaycana 6,2 milyon dollar borcu var

Gürcüstanın Azərbaycana 6,2 milyon dollar borcu var
  16 May 2020    Oxunub:4001
Hazırda Gürcüstanın Azərbaycana 6,29 milyon dollar borcu var.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Qeyd edilib ki, ölkənin ümumi borcu 5,69 milyard ABŞ dollarıdır.

Məlumata görə, Gürcüstanın xarici borcunun 5,44 milyard dolları hökumətin payına düşür. Gürcüstanın ən çox Almaniyaya borcu var (366,44 milyon dollar). Siyahıda ikinci yerdə 318,69 milyon dollarla Fransa, üçüncü yerdə isə 217,52 milyon dollarla Yaponiya dayanır.

Azvision.az


Teqlər: Gürcüstan   Borc   Dollar  





Xəbər lenti