May ayı üzrə bütün pensiyalar ödənilib

 May ayı üzrə bütün pensiyalar ödənilib
  16 May 2020    Oxunub:4388
1 268 090 (o cümlədən, yaşı 65 və yuxarı olan 646 150) pensiyaçıdan Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan 408 490 (o cümlədən, yaşı 65 və yuxarı olan 213 137) pensiyaçıya əmək pensiyası 6-8 may tarixlərində ödənilib.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, respublikanın digər şəhər və rayonları üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə 859 600 (o cümlədən, yaşı 65 və yuxarı olan 433 013) pensiyaçının pensiyası may ayının 15-də onların bank hesablarına köçürülüb.

Azvision.az


Teqlər: ƏƏSMN   Nazirlik   Pensiya  





Xəbər lenti