“Azərpoçt” beynəlxalq sertifikata layiq görülüb

“Azərpoçt” beynəlxalq sertifikata layiq görülüb
  14 May 2020    Oxunub:3292
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi müştərilərə texniki dəstək xidməti üzrə EMS beynəlxalq mükafatının qalibi olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, müəssisə Ümumdünya Poçt İttifaqı tərəfindən sertifikata layiq görülüb. 2019-cu ilin nəticələri üzrə qaliblər EMS Kooperativi İdarə Heyəti tərəfindən seçilib.

“Azərpoçt”un “Azərekspresspoçt” Rabitə Müəssisəsi EMS kooperativinin üzvü olan ölkələrdən daxil olan sorğuları operativ və dəqiq cavablandırdığı, eləcə də dünya miqyaslı tərəfdaşlarına ən yüksək səviyyəli xidmət göstərmək öhdəliyini nümayiş etdirdiyinə görə yüksək mükafata layiq görülüb.

Əldə olunan nailiyyət bir daha sübut edir ki, “Azərpoçt” Ümumdünya Poçt İttifaqının EMS şəbəkəsi çərçivəsində xüsusi operatorlardan ibarət qrupun bir hissəsinə çevrilməyi bacarıb.

Mükafat EMS Kooperativin növbəti Baş Assambleyası zamanı keçiriləcək xüsusi mərasim zamanı təqdim ediləcək.

Azvision.az



Teqlər: Azərpoçt  





Xəbər lenti