“World Net Summit” bu gün işə başlayır

“World Net Summit” bu gün işə başlayır
  11 May 2020    Oxunub:5074
“World Net Summit” onlayn konfransı mayın 11-də “Startup Academy” və “Monex Summit” tədbirləri ilə öz işinə başlayır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Azvision.az -a bildirilib ki, konfrans NRYTN-nin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “BP” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə keçirilir.

Ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla, 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən artıq spikerin çıxışı nəzərdə tutulur.

Bu gün saat 16:30-18:00-da “SUP VC”nin direktoru Vüsal Kərimlinin moderatorluğu, NRYTN-in İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli, Gürcüstan İnnovasiyalar və Texnologiya Agentliyinin sədri Avtandil Kasradze, “Startup Estonia”nın baş icraçı direktoru Maarika Truu, “Astana Hub”ın baş icraçı direktoru Jospef Ziqler, “Startup Lithuania”nın baş icraçı direktoru Roberta Rudokiene, BMT-nin İnkişaf Proqramının Avropa və Mərkəzi Asiya üzrə Regional Bürosunun İdarəetmə və innovasiyalar üzrə mütəxəssisi Lejla Sadikunun spiker kimi iştirakları ilə “Startup Academy” fazası baş tutacaq.

“Monex Summit” fazası isə saat 19:30-21:00-da “MENA Fintech Association”ın sədri Nameer Xanın moderatorluğu, “Mastercard” şirkətinin vitse-prezidenti Fabrizio Burlando, “Burnmark”ın baş icraçı direktoru Devie Mohan, “Santander Bank”ın maliyyə sənayesinin transformasiyası üzrə rəhbəri Juan Jimenez Zaballos və “Mastercard”ın Açıq bankçılıq üzrə qlobal rəhbəri Hakan Eroğlunun spikerliyi ilə təşkil ediləcək.

Tədbirlər “Facebook” sosial şəbəkəsi (https://www.facebook.com/netsummit/) və “Youtube” (https://www.youtube.com/channel/UCv72EWEAQKBQdHX0ZB1fYLw) üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında (https://worldnetsummit.com/home) qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti