Fərdi sahibkarların sayı 927,8 mini keçib

Fərdi sahibkarların sayı 927,8 mini keçib
  10 May 2020    Oxunub:4511
Aprelin 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 927,8 mini ötüb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, hesabat dövründə hər 8 fərdi sahibkardan 6-sı “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,5 faiz), Aran (20,2 faiz), Gəncə-Qazax (13,4 faiz) və Lənkəran (9,7 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,3 faizini kişilər, 21,7 faizini isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 26 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 29,5 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,8 faizini təşkil edir. Sahibkar qadınların 33,1 faizi Bakıda, 17 faizi Aran, 15,7 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5 faiz), Gəncə-Qazax (25,4 faiz) və Lənkəran (22,3 faiz) iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında (21,7 faiz) qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Azvision.az



Teqlər: DSK   Sahibkar  





Xəbər lenti