Bakıda satılan saxta brendlər, milyonluq fırıldaq ...

Bakıda satılan saxta brendlər, milyonluq fırıldaq ...
  07 Yanvar 2014    Oxunub:5673
Türkiyədən Azərbaycana ixrac olunan malların siyahısı çox böyükdür. Tekstildən tutmuş kartofa qədər hər şey ixrac olunur. Azərbaycanda da elə çoxumuz bunları türk malı sanaraq baha qiymətə alırıq. Amma kiçik araşdırmadan sonra bəlli olur ki, bu malların çoxu kiçik sexlərdə “kustar” üsulla düzəldilir. İstanbulda Taxtaqala deyilən yerdə 100 –dən çox belə kiçik sexlər var və burda düzəldilən əşyaların ən sağlam müştəriləri Azərbaycandan gəlir. Bu sexlərdən birinin sahibi Bilgin Kayıkçı ilə söhbət edirik.



Onun sexində əsasən elektirikli soba, şiş və şüşə istehsal edilir. Soba və şişlərin sifarişi xüsusi olaraq Azərbaycandan gəlir. Bilgin Kayıkçı deyir ki, 9 ilə yaxındır ki, Bakıdan gələn alverçilərlə əməkdaşlıq edir:

“Ayda 1 dəfə bəzən isə 2 dəfə sifariş gəlir. Biz də ona uyğun olaraq sexdə soba və şişləri hazırlayıb İstanbuldakı Azərbaycan karqoları ilə Bakıya göndəririk. Amma əvvəllər sifarişlər daha çox idi, indi nisbətən azalıb”.

Bu nəylə bağlıdır deyə soruşuram.



“Azərbaycandan olan müştərilər daha çox ucuz mal istəyir. Son illər onlar çindən gələn mallara üstünlük verir. Məsələn, biz bir sobanı 40 dolara, Çin isə 20 dollara satır. Bəzən də daha ucuz qiymətə endirirlər. Ona görə ordan alınan mallara üstünlük verilir. Son zamanlar bizdə malları ordan gəirdiririk. Deyirlər nə qədər ucuz olsa o qədər xeyirdir. Amma bizim sexdə hazırlanan mallar daha etibarlı və uzun ömürlüdür. İndi yarı- yarıya malları satırıq . Məsələn, 100 soba türk malı olarsa, o qədər də Çin malı göndəririk.



Burada düzəltdiyimiz şişləri isə 2 türk lirəsi, 2.5 lirəyə ( 1 manat) Azərbaycana satırıq. Blirisiniz ki, bu şişlər kabab bişirmək üçün istifadə olunur. Şişlərə tələb çoxdu və onun satışında problemlə rastlaşmırıq”.

Həmsöhbətim deyir ki, başqa mallar üçün də sifarişlər alırlar:

“Son zamanlar biz yorğan satırıq. Onu evdə qadınlar hazırlayır. Bizdə qablaşdırıb göndəririk. Bizim sexdə yanlız bunlar hazırlanır. Amma gördüyünüz kimi başqa sexlərdə var burada. Orada əl fənərləri, kiçik dibçək qabları, çörək və kiftə qızartmaq üçün alətlər düzəldilib Azərbaycana göndərilir”.

Onu da qeyd edim ki, burada duzəldilən əşyalar eyni zamanda fabriklərdə də düzəldilir. Amma orda daha baha olur. Bunu keyfiyətlə bağlaya bilərikmi deyə maraqlanıram.

“ Əslində biz keyfiyətsiz mal düzətmirik. Sadəcə biz kiçik sexlərdə işləyirik. Amma Azərbaycan müştəriləri deyir ki, nə olur olsun ucuz olsun. Təbii ki, qiymət aşağı düşdükcə keyfiyyət yüksək ola bilməz”.

Azərbaycan ən kiçik əşyaları belə qonşu ölkələrdən alır. İqtisadçı professor Fatma Demirçi Orel belə düşünür. O, bildirir k, Azərbaycana ixrac olun əsas mallar bunlardır: yumurta, Katof, təzə meyvə, sosiska, kolbasa, şəkər, şəkər məmulatları, makaron növləri, pivə, duz, sabun, sintetik qoruyucu maddələr, mətbəx əşyaları, plastik borular, meşə materialları, dəmir sobalar, soyuducular, televizor və bu kimi elektirik əşyaları. İqtisadçının sözlərinə görə, əvvəllər Azərbaycanda türk mallarının imici daha yüksək idi. Amma son dövrlərdəki araşdırmalar bu imicin nisbətən aşağı düşdüyünü göstərir:



“Türk Respublikaları içərisində həm mədəni, həmdə cografi baxımdan Türkiyəyə daha yaxın Azərbaycandı. Türkiyənin orta Asiyaya açılan qapısı olmuş Azərbaycan-Türkiyə münasibətləri ticarəti baxımdan çox inkişaf edib. Türkiyə firmaları bu ölkəyə çox böyük ixracat edib. Amma son illər firmaların bir çoxunun markasız və keyfiyətsiz malları Azərbaycana göndərmələri türk malının imicinə mənfi təsir göstərib”. Buna baxmayaraq iqtisadçı hesab edir ki, Azərbaycanda açılan marka daşıyıcısı olan türk mağazaları hələ də ilk yerlərdədədir. 2013-cü ildə isə Türkiyənin Azərbaycana ixracatı yüzdə 30 artıb.

“Azərbaycan inkişaf etmiş ölkədir. Yalnız Sovetlər birliyi dağıldıqdan və Türkiyə ilə ticarət qapıları açıldıqdan sonra demək olar ki, böyük və kiçik mallar Türkiyədən alınır. Mənim əlimdə 2012-ci ilin rəqəmləri var. Bu il Türkiyə ilə Azərbaycan arasında xarici ticarətin həcmi 2 milyard 120 milyon 430 min dollar olub. Türkiyə Azərbaycana 1 milyard 520 milyon 405 min dollarlıq ixracat edib, Azərbaycandan isə 600 milyon dollarlıq mal və məhsul idxal edilib. Amma təbii ki, sizin dediyiniz kiçik sexlər və rəsmi rəqəmlərin içində yer almayan mallar da var”.



Qeyd edək ki, hələki 2013-cü ilin ticarət dövrüyyəsi ilə bağlı rəqəmlər açıqlanmayıb.

Məhsəti Şərif, İstanbul



Teqlər:  





Xəbər lenti