“DOST” mərkəzlərinə 98 mindən çox müraciət olub

“DOST” mərkəzlərinə 98 mindən çox müraciət olub
  04 May 2020    Oxunub:3692
Martın 24-dən mayın 2-dək 1 və 2 saylı “DOST” mərkəzlərində 5809 sorğu üzrə vətəndaşlara elektron ünvanlar vasitəsilə müavinət, pensiya təqaüd və məşğulluğa dair xidmətlər göstərilib. Sorğuların 4795-i 1 saylı “DOST” mərkəzinin, 1014-ü isə 2 saylı “DOST” mərkəzinin payına düşüb. Həmçinin sorğuların 2102-si məşğulluq, 1853-ü müavinət, 1569-u pensiya və 285-i isə təqaüdlə əlaqədar olub. Təkcə mayın 2-də isə 1 və 2 saylı “DOST” mərkəzlərində 132 sorğu üzrə vətəndaşlara elektron ünvanlar vasitəsilə xidmətlər göstərilib.
Azvision.az xəbər verir ki, bu məlumatlar yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər üzrə statistik icmalda öz əksini tapıb.

Qeyd olunub ki, ötən il mayın 9-dan bu il mayın 3-dək, ümumilikdə, “DOST” mərkəzləri tərəfindən vətəndaşlara 98 min 626 müraciət üzrə xidmət göstərilib.

Həmçinin martın 24-dən mayın 3-dək 1 saylı “DOST” mərkəzinin sosial xidmətçiləri və “DOST könüllüləri” tərəfindən 1596 ünvan üzrə evdə sosial xidmət göstərilib. Onlardan 333 ünvan üzrə sosial xidmətlər yaşı 65-dən yuxarı olan tənha vətəndaşları əhatə edib.

Azvision.az



Teqlər: DOST  





Xəbər lenti