Azərbaycan XİN Polşanı təbrik edib

Azərbaycan XİN Polşanı təbrik edib
  03 May 2020    Oxunub:2569
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Polşanı Konstitusiya günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, təbrik mesajı XİN-in “Twitter” səhifəsində paylaşılıb.

“Polşa Respublikasına Konstitusiya günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycan-Polşa əlaqələrinin zəngin tarixi və yaxşı ənənələri var. Bu əlamətdar gündə dost Polşa xalqına cansağlığı, uğurlar və firəvanlıq diləyirik”,- deyə təbrik mətnində qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: XİN  





Xəbər lenti