Bağlanan bankın işçilərinin maaşı ödəniləcək

Bağlanan bankın işçilərinin maaşı ödəniləcək
  01 May 2020    Oxunub:3625
Mərkəzi Bankın sədri Elman Rüstəmov "Amrah Bank"ın əməkdaşlarının etirazına münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, baş bankir bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, işçilərin maaşlarının ödənilməsinə göstəriş verib.

E.Rüstəmov qeyd edib ki, işçilərin etirazı emosional xarakter daşıyıb: ""Amrah Bank"ın işçilərinin maaşının ödənilməsinə göstəriş vermişəm. Dorğudur, onlar öz iş yerlərini itiriblər, amma düşünürəm ki, bank sektoru oradan ixtisaslı kadrları cəlb edəcək".

Kənan Məmmədov
Azvision.az



Teqlər: Bank  





Xəbər lenti