“Təltif olunmağımı eşidəndə çox sevindim” - Niyaməddin Musayev

   “Təltif olunmağımı eşidəndə çox sevindim” -    Niyaməddin Musayev
  30 Aprel 2020    Oxunub:5136
“Təltif olunmağımla bağlı xəbəri oğlumdan eşitdim. Mənim üçün çox sevindirici haldır”.

Bunu Azvision.az -a Xalq artisti Niyaməddin Musayev Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsinə münasibət bildirərkən deyib.
“Günlərdir ki, evdən çölə çıxmıram. Karantinin belə darıxdırıcı günlərində sevindirici xəbər almaq əhvalıma xoş təsir bağışladı. Mən Prezident İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezidentimiz Ulu Öndərin yolu ilə gedərək biz sənət adamlarını qiymətləndirir, hər zaman qayğı göstərir. İcazə alaraq evən çıxıb, Prezidentə təşəkkür teleqramı göndərəcəyəm”, - deyə tanınmış müğənni vurğulayıb.

Qeyd edək ki, sabah 80 yaşı tamam olacaq Xalq artisti Niyaməddin Cabbar oğlu Musayev Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: NiyaməddinMusayev  





Xəbər lenti