Gürcüstanda 496 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda 496 nəfərdə koronavirus aşkarlanıb
  27 Aprel 2020    Oxunub:2253
Gürcüstanda koronavirusa yoluxanların sayı artaraq 496 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə hökumət tərəfindən yaradılmış xəstəliyin monitorinqi üzrə xüsusi sayt məlumat yayıb.

İndiyədək xəstələrdən 149-u sağalıb, 6 nəfər ölüb. Hazırda karantində 4833 nəfər var.

Xatırladaq ki, Gürcüstanda fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılsa da, bu gündən bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına başlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti