“Postpandemiya dövründə dünyanı yeni sürprizlər gözləyir”

  “Postpandemiya dövründə dünyanı yeni sürprizlər gözləyir”
  21 Aprel 2020    Oxunub:4493
"Texas markalı (WTI) neftin 1 bareli 1 dollardan ucuz satılır. Neftin qiyməti sıfıra yaxınlaşır. Digər birjalar da dalğalanır".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası dünya iqtisadiyyatında yeni “oyun qaydaları” müəyyənləşdirməkdə davam edir.

"Bu, artıq yeni dünya düzəninə cəhd kimi də dəyərləndirilə bilər. Deməli, postpandemiya dövründə dünyanı yeni sürprizlər gözləyir. Pre-pandemiya dövrü isə xəyal olaraq qalmaqdadır. Həm siyasi, həm də iqtisadi kontekstdən dünyada yeni düzənə hazırlıq başa çatmaqdadır",- deyə V.Bayramov vurğulayıb.

Azvision.az


Teqlər: Vüqar-Bayramov   Neft  





Xəbər lenti