Turistlərin bəyənmədiyi xidmətlər açıqlandı

Turistlərin bəyənmədiyi xidmətlər açıqlandı
  18 Aprel 2020    Oxunub:2936
Bu ilin fevral ayında turizm məqsədilə Azərbaycana səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən 150 min 571 nəfəri onlara göstərilən bütün xidmətləri qənaətbəxş hesab ediblər.
Azvision.az rəsmi statistikaya istinadən bildirir ki, turistlərdən 26 min 212 nəfər göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyiblər.

Turistlərdən 2 min 869 nəfəri avtobusla sərnişin daşıma, 1 591 nəfəri metro ilə sərnişin daşıma, 3 min 854 nəfər taksi xidmətlərini fəaliyyətini bəyənməyib.

Bundan əlavə, turagentliklərin xidmətlərini 1 435 nəfər, bələdçi xidmətlərini 2 min 396 nəfər qənaətbəxş hesab etməyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turist   Xidmət   Statistika  





Xəbər lenti