Dizel yanacağı və benzin istehsalı artıb

Dizel yanacağı və benzin istehsalı artıb
  17 Aprel 2020    Oxunub:3112
Yanvar-mart aylarında Azərbaycanda 559,9 min ton dizel yanacağı, 343,8 min ton avtomobil benzini, 65,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 146,6 min ton ağ neft, 27,6 min ton yanacaq mazutu, 6,4 min ton sürtkü yağları, 54,6 min ton neft bitumu və 59,4 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, üç ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 9,6 faiz artıb.

Yanacaq mazutunun istehsalı 53,3 faiz, neft bitumunun istehsalı 38,6 faiz, sürtkü yağlarının istehsalı 30,6 faiz, avtomobil benzininin istehsalı 13,5 faiz, dizel yanacağının istehsalı 8,6 faiz artıb.

Neft koksunun istehsalı 2,9 faiz, ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9 faiz azalıb.

Azvision.az


Teqlər: Dizel   Benzin  





Xəbər lenti