Deputat: “Hakimlərin məsuliyyəti artırılmalıdır”

   Deputat:    “Hakimlərin məsuliyyəti artırılmalıdır”
  17 Aprel 2020    Oxunub:2397
Cəmiyyətdə rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu gün rüşvət verən şəxslər məsuliyyətə cəlb edilmir: “Cinayət Məcəlləsində belə bir hissə var ki, rüşvət verən şəxs məlumat verirsə, o, məsuliyyətə cəlb edilmir. Bu hissə çıxarılmalıdır. Vətəndaş bilməlidir ki, kiməsə pul verirsə, bunu borc müqaviləsi əsasında verməlidir. Eyni zamanda, qanunsuz hökm çıxaran hakimə 300-500 manat cərimə tətbiq edilir. Bu, çox azdır. Biz hakimlərin məsuliyyətini artırmasaq, ölkəyə heç kim investisiya qoymayacaq. Hakim fikirləşəcək ki, uzağı 300 manat cərimələnəcək, ancaq söhbət böyük məbləğdə rüşvətdən gedir. Bu məsələyə baxmalıyıq”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti