“Virtual hackathon”a 600-dən çox müraciət daxil olub

“Virtual hackathon”a 600-dən çox müraciət daxil olub
  11 Aprel 2020    Oxunub:2323
“Global Virtual Hackathon” müsabiqəsində iştirak üçün hackcov19.com saytında 5 qitə üzrə 45 ölkədən 600-dən artıq müraciət qeydə alınıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müraciətlərin çoxluğu və təqdim edilən ideyaların maraqlı olduğunu nəzərə alaraq seçilən ideyaların sayı 20-dən 25-ə artırılıb.

Layihələr arasından təklif olunan həll yollarının effektivliyi, eləcə də ideyanın yerli, regional və beynəlxalq səviyyədə nə dərəcədə asan və tez tətbiq oluna bilməsi kimi amillər əsasında qiymətləndirmə aparan münsiflər heyətinin yekun qərarı ilə qalib layihə və komandalar seçiləcək.

Birinci yerin qalibinə 5 min ABŞ dolları, ikinci yerin sahibinə 3 min ABŞ dolları və üçüncü yeri tutana isə 2 min ABŞ dolları məbləğində mükafat bank hesabına köçürülməklə təqdim ediləcək.

Qeyd edək ki, “virtual hackathon” yeni koronavirus pandemiyası və bundan irəli gələrək dünyada bu virusa qarşı mübarizə metodlarının axtarışı, iş yerlərinin distant fəaliyyət rejiminə keçməsi ilə əlaqədar təşkil olunub.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti