36 min şagird “Virtual məktəbə”də qeydiyyatdan keçib

36 min şagird “Virtual məktəbə”də qeydiyyatdan keçib
  03 Aprel 2020    Oxunub:16828
"Virtual məktəb" portalında yalnız bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib. Bu sevindirici haldır.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirinin müşaviri Elnur Məmmədov "Facebook" səhifəsində yazıb.

Nazirin müşaviri bildirib ki, hazırda bu şagirdlər portalda ev tapşırıqları ilə tanış ola və video dərslərə baxa bilirlər: "Müxtəlif məktəblərdən olan həmyaşıdları ilə video bağlantı qura və onlayn müzakirələr apara bilirlər. Qeydiyyatdan keçmiş şagirdlər həm virtual.edu.az, həm də teams.microsoft.com saytları üzərindən öz hesablarına daxil ola bilərlər.

Qeydiyyatdan keçmiş şagirdlərin siniflər, tapşırıqlar və digər virtual funksiyalar üzrə sistem tərəfindən ilkin komplektləşdirilməsi aparılır. İlkin komplektləşdirmə tamamlandıqdan sonra yeni şagirdlərin qeydiyyatına davam ediləcək. Bir qayda olaraq buna bir neçə saat vaxt tələb olunur".

E.Məmmədov qeyd edib ki, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəbə” qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir.

O əlavə edib ki, “Virtual məktəbə” qoşulmaq istəyən hər bir şagirdin qeydiyyatı komplektləşdirmələr aparılmaqla həyata keçiriləcək.

Azvision.az


Teqlər: Virtual-məktəb   Şagird  





Xəbər lenti