Bölgələrdən xəstələrin Bakıya gətirilməsi üçün qaydalar hazırlanır

  02 Aprel 2020    Oxunub : 1741
Bölgələrdən xəstələrin Bakıya gətirilməsi üçün qaydalar hazırlanır
"Bölgələrdən xəstələrin Bakıya gətirilməsi ilə bağlı mexanizm hazırlanır".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

"Hazırda bununla bağlı xüsusi qaydalar hazırlanır. Onkoloji, qan xəstələri və digər ağır xəstələrin gətirilməsi üçün sənəd hazır olmaq üzrədir. Yaxın vaxtlarda bu barədə qərar elan olunacaq. Həmin xəstələrin bölgələrdən Bakıya gətirilməsi, müalicə olunmasına və geri qaytarılmasına lazımi şərait yaradılacaq", - deyə İ.Məmmədov bildirib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Azərbaycan   rayonlar   koronavirus