“Əshabi-Kəhf” hekayəsi Azərbaycan dilinə tərcümə olundu

“Əshabi-Kəhf” hekayəsi Azərbaycan dilinə tərcümə olundu
  27 Dekabr 2013    Oxunub:1794
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Coşqun Zəki tanınmış ərəb şairi İmad əş-Şafeinin “Əshabi-Kəhf” (“Mağara dostları”) adlı hekayəsini Azərbaycan dilinə tərcümə edərək şərhlərlə təqdim edib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, AMEA-dan bildiriblər ki. əsər Naxçıvan şəhərindən təqribən 12 kilometr məsafədə yerləşən İlandağ və Nəhəcir dağları arasındakı təbii mağarada müqəddəs ziyarətgah olan “Əshabi-Kəhf”in əhvalatını əks etdirir.

İstər İslam, istərsə də xristian mənbələrində “Əshabi-Kəhf” haqqında müəyyən məlumatlar yer almaqdadır.


Teqlər:





Xəbər lenti