Abel Məhərrəmov tələbələri mükafatlandırdı

Abel Məhərrəmov tələbələri mükafatlandırdı
  24 Dekabr 2013    Oxunub:1941
Bu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu səpkili müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Rektor, eyni zamanda “İlin ən yaxşı tələbəsi” adını qazanan tələbələri təbrik edib, onları bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyə səsləyib.

Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov da çıxış edib. O, öz çıxışında 2013-ci ildə həyata keçirilən tədbirlər barədə məlumat verərək, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında danışıb.

Sonda rektor Abel Məhərrəmovmüsabiqədə qalib olmuş tələbələrə diplomlar təqdim edib. Qeyd edək ki, bu il 187 tələbə “İlin ən yaxşı tələbəsi” adına layiq görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti