Vəkillər olmaq istəyənlər imtahan verəcək

  24 Dekabr 2013    Oxunub : 2423
Vəkillər olmaq istəyənlər imtahan verəcək
Vəkilliyə qəbul olunmaq üçün imtahan yanvarın 11-də keçiriləcək.

Vəkillər Kollegiyası Rəyasət heyətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün imtahan tarixini elan edib. Belə ki, namizədlər üçün keçiriləcək test imtahanı 11 yanvar 2014-cü il tarixdə keçiriləcək:

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq Vəkillər Kollegiyasına üzv qəbul olunmaq üçün müraciət etmiş namizədlərinə çatdırılır ki, 2014-cü il yanvar ayının 11-də saat 11:00-da 42 saylı (Bakı şəhəri, Nəsimi rayonu, Mir-Qasımov küçəsi,6) və 258 saylı (Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 34) orta məktəblərdə test imtahanı keçiriləcək.

İmtahana buraxılış vərəqələrini 25 dekabr 2013-cü il tarixdən (31 dekabr 2013-cü və 01-02 yanvar 2014-cü il tarixli bayram günləri istisna olmaqla) 10 yanvar 2014-cü il tarixə qədər Bakı şəhəri Səməd Vurğun küçəsi, 32-də yerləşən Vəkillər Kollegiyasının Rəyasət Heyətindən ala bilərsiniz.

Rəyasət Heyətinin Kadrlar şöbəsindən imtahanla bağlı əlavə məlumat əldə edə bilərsiniz. Əlaqə telefonları: 596-32-71, 498-93-45

AzVision.az

Teqlər: