Yeni seçilən gənc deputatlar görüş keçirdi - VİDEO+FOTOLAR

  10 Fevral 2020    Oxunub : 3529
Yeni seçilən gənc deputatlar görüş keçirdi - VİDEO+FOTOLAR
Ötən gün Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə qələbə qazanan gənc namizədlərlə xarici kütləvi informasiya vasitələri nümayəndələrinin görüşü keçirilib.
Azvision.az xəbər verir ki, görüşdə 63 saylı Sabirabad birinci seçki dairəsindən seçilən Kamal Cəfərov, 99 saylı Şəmkir kənd seçki dairəsinin lider namizədi Nurlan Həsənov, 29 saylı Səbail seçki dairəsindən Nigar Arpadarai və 14 saylı Xəzər seçki dairəsindən seçilən Soltan Məmmədov iştirak ediblər.



Xarici media təmsilçiləri ilə keçirilən görüşdə seçkiöncəsi təbliğat-təşviqat kampaniyası, vətəndaşlarla görüşlər, seçki prosesi və digər aktual məsələlər barədə məlumat verilib, maraqlı müzakirələr aparılıb.



Gənc deputatlar vurğulayıblar ki, parlamentin buraxılması və növbədəkənar seçkilərin keçirilməsi ölkəmizdə aparılan islahatların davamıdır.

Daha sonra onlar jurnalistlərin suallarını cavablandırıblar.

















Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Seçki   Media   Görüş