Ağsuda yeni məktəb binası istifadəyə verildi

  23 Dekabr 2013    Oxunub : 601
Ağsuda yeni məktəb binası istifadəyə verildi
Ağsu rayonunun Rəhimli kəndində tam orta məktəb üçün yeni bina istifadəyə verilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 180 şagird yerlik yeni tədris ocağı ikimərtəbəlidir. Bütün lazımı inventar və avadanlıqla təchiz edilib 9 sinif otağı, 2 laboratoriya, kompyuter otağı, qış idman zalı, 60 yerlik iclas zalı, kitabxana, bufet və s. burada tədrisin ən yüksək səviyyədə təşkilinə imkan verəcək.

Smeta dəyəri bir milyon manata yaxın olan və dövlət vəsaiti hesabına tikilmiş məktəb binasının açılışı təntənəli mərasimlə qeyd olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Rəhimli kəndindən olan Azərbaycanın Milli Qəhrəmanları – Yusif Əliyevin və Şamil Ramazanovun kəndin mərkəzindəki büstləri önünə qərənfillər qoyub.

Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına, maddi-texniki bazasının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıdan geniş söhbət açılıb.

Bildirildi ki, son 8 ildə təkcə Ağsu rayonunda 4156 şagird yeri olan 20 yeni məktəb binası inşa olunmuşdur. Bu təhsil ocaqlarının 9-u Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib
.
Çıxışlarda rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevaya dərin minnətdarlıq bildirildi.

Rəmzi qırmızı lent kəsildikdən sonra, tədbir iştirakçıları yeni bina və burada yaradılan şəraitlə yaxından tanış olublar.

Teqlər: