Ukraynada aksiyalar davam edir
200 min insan qarşısında çıxış edən ana müxalifət liderlərinin sözlərinə görə, bundan sonra aksiyaçılar "Maydanda" müğənni Ruslananı, sabiq daxili işlər naziri Yuriy Lusenkonu və həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonu görə biləcək. Bununla belə onlar Timoşenkonun nece azadlığa çıxacağını açıqlamayıb.
Müxalifət liderlərinin daha bir bəyanatı isə daha maraqlı olub. Onlar ölkə üçün yeni konstitusiya layihəsi hazırladıqlarını elan ediblər. Bu arada prezident Viktor Yanukoviç tərəfdarları paytaxt Kiyevin başqa bir meydanında, Marinskidə bir araya gəlib. Aksiyaya toplaşan azsaylı Yanukoviç tərəfdarları tezliklə müxalifeti baş meydandan cıxaracaqlarını iddia ediblər.