Göygöldə usta işlədiyi evdən oğurluq etdi

  18 Yanvar 2020    Oxunub : 2177
Göygöldə usta işlədiyi evdən oğurluq etdi
Göygöl rayonunda işlədiyi evdən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Aydın Cəfərov naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 12520 manat olan müxtəlif növ məişət əşyalarını oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evi təmir edən, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan, Gəncə şəhərində müvəqqəti yaşayan 29 yaşlı Elvin Abbasov muxtar respublikada saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı, o, törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı məişət əşyalarını satdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az

Teqlər: Göygöl