Ötən il 5 nəfər ədliyyə orqanlarından xaric edilib

   Ötən il 5 nəfər ədliyyə orqanlarından xaric edilib
  18 Yanvar 2020    Oxunub:2372
"Ötən il 31 nəfər yerli icra və probasiya qurumlarının əməkdaşları intizam məsuliyyətinə cəlb olunub".
Azvision.az xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Vilayət Zahirov Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının rəhbərlərinin iştirakı ilə 2019-cu ildə icra və probasiya xidmətləri tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası və probasiya nəzarəti sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirədə deyib.

Nazir müavini bildirib ki, intizam məsuliyyətinə cəlb edilən 5 nəfər ədliyyə orqanlarından xaric edilib, o cümlədən 2 nəfər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Azvision.az


Teqlər: Ədliyyə   Nazirmüavini  





Xəbər lenti