Aliment işləri üzrə 143 milyon manatdan çox ödəmə olub

   Aliment işləri üzrə 143 milyon manatdan çox ödəmə olub
  18 Yanvar 2020    Oxunub:2372
Ədliyyə Nazirliyində hesabat müşavirəsi keçirilib.
Azvision.az -ın məlumatına görə, müşavirədə bildirilib ki, Ədliyyə Nazirliyinin vacib funksiyalarından olan məhkəmə qərarlarının icrası sahəsində ötən il ərzində də böyük iş həcmi olub. Belə ki, 2019-cu ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 861 mini ötüb, onlardan 485 mindən çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə əvvəlki illə müqayisədə 50 %-dən çox – 1.74 milyard manata yaxın vəsait ödətdirilib ki, bunun da 143 milyon manatdan çoxu aliment işləri üzrə ödəmələrdir. Qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.

Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.712 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.808 nəfər inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qərəzli yayınan 493 şəxs barəsində isə cinayət işi başlanılıb.

Həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərib, 13 mindən çox borclu tərəfindən məhkəmə qərarları icra edildiyinə görə onların üzərindən məhdudiyyət götürülüb. Belə məhdudlaşdırmanın olub-olmamasını öyrənməklə bağlı nazirlik tərəfindən vətəndaşlara göstərilən elektron xidmətdən istifadənin sayı 2019-cu ildə artaraq 1.5 milyonu keçib.

Azvision.az


Teqlər: Ədliyyə   Nazirlik  





Xəbər lenti