Çaylarda suyun səviyyəsi artıb

  18 Yanvar 2020    Oxunub : 2361
Çaylarda suyun səviyyəsi artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın əsasən Lənkəran-Astara ərazisindən axan Lənkərançayda 22, Vəşərüçayda 10, Təngərüdçayda 58, Viləşçayda isə 18 santimetr artım müşahidə olunub.
Departamentdən Azvision.az -a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla onun 170, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla onun 150-380 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 123 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 77 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 25 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 37 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 112 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 81 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 1 santimetr azalaraq 412, Şirvan məntəqəsində 2 santimetr azalaraq 247, Salyanda 3 santimetr azalaraq 204, Bankə məntəqəsində 12 santimetr azalaraq 189 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 137 santimetrə bərabər olub.

Azvision.az

Teqlər: Su   ETSN