Ucarda ehtiyata buraxılan gənclər qarşılanıb

Ucarda ehtiyata buraxılan gənclər qarşılanıb
  18 Yanvar 2020    Oxunub:2474
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ucar rayon şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən SHXÇDX-nin Ucar rayon şöbəsinin rəisi, polkovnik Asif Nemətov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu prosesinin bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən söz açıb.

Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva ordu sıralarından ehtiyata buraxılan gəncləri Vətən qarşısında müqəddəs vəzifələrini uğurla başa çatdırmaları münasibətilə təbrik edib, onların bundan sonra müxtəlif sahələrdə ölkəmizin inkişafı naminə fəaliyyət göstərəcəklərinə inandığını bildirib.

Ehtiyata buraxılmış gənclər adından çıxış edən Yusif Bağıyev Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətləri ilə qürur hissi keçirdiklərini deyib.

Digər çıxış edənlər həqiqi hərbi xidmətin vətəndaşlıq borcu və şərəf olduğunu vurğulayıblar. Azərbaycan xalqının ordumuzun gücünə inandığını bildirib və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə ediblər.

Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif hədiyyələr təqdim olunub.

Azvision.az



Teqlər: Ucar  





Xəbər lenti