"Həkim pasiyenti döyməyib" - Oftalmologiya Mərkəzi

   "Həkim pasiyenti döyməyib" -    Oftalmologiya Mərkəzi
  18 Yanvar 2020    Oxunub:2675
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Azvision.az xəbər verir ki, mərkəzin bununla bağlı yaydığı açıqlamada deyilir:

"Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb. O da məcbur olub əməliyyat zamanı xəstənin çənəsindən tutub ki, prosesin gedişatı pozulmasın. Linza qoyan zaman xəstə başını tərpədəndə düz yerinə oturmur və bu, fəsadlar yarada bilər. Xəstə əməliyyatdan çıxanda hər kəsdən razılıq edərək gedib. Görünür, sonradan xəstəni kimsə öyrədib.

Həkim necə xəstəni vura bilər? Hələ söyüş söymək, ümumiyyətlə, inandırıcı deyil. Qeyd edək ki, bu həkim 2005-ci ildən bu günə qədər üç min pulsuz əməliyyat keçirib. Mərkəzin ən yaxşı həkimlərindən biridir”.

Azvision.az


Teqlər: Oftalmologiya-Mərkəzi   Həkim  





Xəbər lenti