Ruslar Qarabağdan daş kömür daşıyacaq

Ruslar Qarabağdan daş kömür daşıyacaq
  20 Dekabr 2013    Oxunub:6634
Rusiyaya məxsus “Cənubi Qafqaz dəmir yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycanın işğal altında olan Ağdərə rayonunda yerləşən Maqavuz yatağından çıxarılan daş kömürü Yerevan İstilik Elektrik Stansiyasına çatdıracaq.

AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə QSC-nin baş direktoru Viktor Rebets bildirib.

“Bizim fikrimizcə, Qarabağ kömürü Ermənistan iqtisadiyyatı üçün ciddi layihədir. Öz işimizi biz çoxdan görümüşük. Kömürün avtonəqliyyatla gətirildiyi Vardenis şəhərində stansiyanı yeniləşmişik. 2012-ci ildə 2 min tonluq ilk partiyanı nümunə üçün Yerevan İstilik Elektrik Stansiyasına çatdırmışıq”,- deyə Rebets bildirib.

V.Rebets yük daşımalası üçün sınaqların davam etdiyini, lakin ümumilikdə daşımalara hər an hazır olduqlarını bildirib.

“İndi layihə sınaq müddətindədir. Hər halda İES-lərin daş kömürlə işləməsi texnologiyası Ermənistan üçün yenidir. Mənə xəbər veriblər ki, işlər artıq yekunlaşmaq üzrədir. Biz daşımalara başlamaq üçün hər an hazırıq”.

Bunula belə qurum rəhbəri 2014-cü ildə daşımalarda artım gözləmədiyin bildirib.

Xatırladaq ki, “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan “Cənubi Qafqaz Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2008-ci ildə Ermənistan höküməti ilə imzalanan konsessiyaya əsasən 30 il müddətinə Ermənistan Dəmir Yollarının idarəolunmasına nəzarət hüququ əldə edib.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti