YAP-çı deputat 4 tələbənin təhsil haqqını ödədi

  20 Dekabr 2013    Oxunub : 598
YAP-çı deputat 4 tələbənin təhsil haqqını ödədi
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Müllimlər İnstitunun Mingəçevir filialında oxuyan bir neçə tələbənin təhsil haqqının yarısını ödəyib.
AzVision.az-ın məlumatına görə, deputat bu barədə facebook səhifəsində bildirib.

“Mingəçevirdəyəm. Bu gün və sabah seçicilərimi qəbul edəsiyəm. Bir-iki dəqiqəyə qəbulu başlayıram. Qəbula təqribən 70-ə yaxın seçici gəlib. Hamısını dinləyib problemləri üzrə kömək etməyə çalışacağam.

Eyni zamanda sabah Azərbaycan Müllimlər İnstitunun Mingəçevir filialında oxuyan 3-4 tələbə qızın illik təhsil haqqının 50 faizini ödəyərək qəbzləri institut tədbirində tələbələrin valideynlərinə təqdim edəcəyəm. Siyahı dəqiqləşdirilir. Bu addımı 2005-ci ildə atıram, bu il doqquzuncu ildir ki, davam edir.

Sabah eyni zamanda bir atasız qıza kompyuter dəsti hədiyyə edəcəyəm. Təssüf edirəm ki, bunu ona ad günündə verə bilmədim”.

Anar RÜSTƏMOV

Teqlər: