Mark Zukerberq Facebooku satışa çıxardı

Mark Zukerberq Facebooku satışa çıxardı
  20 Dekabr 2013    Oxunub:1231
Facebookun yaradıcısı bunun sayəsində 2,3 milyard dollar qazanacaq.
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, Facebook sosial şəbəkəsi 70 milyon səhmini satışa qoyub.

Səhmlərin 27 milyonu şirkətə, 43 milyonu isə səhmdarlar tərəfindən açıq bazarda satılacaq. Səhmlərin 41,4 milyonunu sosial şəbəkənin yaradıcısı və baş direktoru 29 yaşlı Mark Çukerberq öz payından satacaq. Biznes sazişdən Çukerberq 2,3 milyard qazanacaq. Bununla da, onun “Facebook”dakı səhmləri 58,8%-dən 56,1%-ə qədər azalacaq.

Xatırladaq ki, “Forbes” jurnalının 2013-cü ilə olan məlumatına görə Mark Çukerberq 19 milyard dollar şəxsi sərvətlə dünyanın 20-ci ən zəngin insanı olub.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti