Türkiyədə daha 10 nazirin istefası gözlənilir

Türkiyədə daha 10 nazirin istefası gözlənilir
  20 Dekabr 2013    Oxunub:1160
Türkiyənin Avropa Birliyi naziri Egemen Bağışın da adı korrupsiyada hallanır.
Qalmaqallı antikorrupsiya əməliyyatı fonunda Türkiyə hökumətində köklü dəyişikliklər gözlənilir. Qeyd edək məhz bu əməliyyat çərçivəsində İstanbul və Ankarada 52 nəfər, o cümlədən 3 nazirin oğulları həbs olunub.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Abdullah GÜl və baş nazir Rəcəb Tayyip Ərdoğanın görüşünü yekunu olaraq heç bir konkret bəyanat səslənməsə də, siyasi dairələrdə daha 10 nazirin istefası ilə bağlı fikirlər dolaşır.

Bununla yanaşı, İnkişaf və Ədalət Partiyasının mənbələrinin verdiyi məlumata görə, hökumətin tərkibinə dəyişikliklərlə bağlı bu gün açıqlama veriləcək.

“ Ərdoğan öz qərarını hələlik bir qədər təxirə salıb. Belə hesab edilir ki, “əgər oğullarının adı korrupsiyada hallanan Kabinet üzvləri vəzifələrindən qovulsalar, onda hökumət onları günahkar elan etməklə məhkəmədən öncə qərar vermiş olar. Bu isə cəmiyyət arasında hökumət barəsində yanlış fikirlərin yaranmasına yol aça bilər” –deyə tük jurnalistləri bildirilər.

Xatırladaq ki, artıq 4 nazir R,T Ərdoğana istefaya getməyə hazır olduqlarını bəyan ediblər. Söhbət təkcə oğulları korrupsiya ilə məşğul olduqlarına görə saxlanılan daxili işlər naziri Müəmmar Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, şəhərsalma naziri və Ərdoğanın yaxını Bayraktardan getmir, qalmaqallarda həmçinin, Türkiyənin Avropa Birliyi naziri Egemen Bağışın da adı hallanır.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti