Obama İrana qarşı sanksiyaların əleyhinədir

Obama İrana qarşı sanksiyaların əleyhinədir
  20 Dekabr 2013    Oxunub:1147
Konqresmen Robert Menendez: `Tehrana sanksyalar artırılmalıdır ki, lazımi güzəştlərə getsin`.
“Diplomatik səylərə maneə yaratmaq olmaz. Bəli, əgər İran öz öhdəliklərinə əməl etməsə, həm dövlət və həm də Konqres yeni sanksiyaların qəbul edə bilər Ancaq hazırki vəziyyətdə, düşünmürəm ki, belə bir layihə qəbul edilsin. Amma bu baş versə, prezident ona veto qoyacaq”. Ağ evin sözçüsü Cey Karni belə deyib.

O, ABŞ-ın 26 senatoru tərəfindən İrana qarşı yeni sanksiya layihəsinin tətbiq edilməsi ilə bağlı atdığı addımlara işarə edərək, belə addımların mövcud vəziyyətdə zəruri olmadığını bəyan edib.

Qeyd edək ki, ABŞ-da 26 senator tərəfindən İrana qarşı yeni sanksiya layihəsinin tətbiq edilməsi ilk dəfə Senatın xarici əlaqələr üzrə komitəsinin sədri Robert Menendez tərəfindən irəli sürülüb. O, iddia edir ki, hazırda İranın müzakirələrə getməsi sanksiyaların təzyiqi nəticəsində baş tutub və buna görə, Tehrana sanksyalar artırılmalıdır ki, lazımi güzəştlərə getsin.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti