Putin Xodorkovskini əfv edəcək
“Mixail Borisoviç (Xodorkovski) qanunvericiliyə uyğun olaraq müvafiq sənəd- əfv haqqında məktub yazmalı idi. O isə bunu etmirdi. Lakin yaxın vaxtlarda o bunu etdi və tezliklə onun əfv olunması barədə sərəncam imzalayacam”. Xodorkovskinin cəza müddəti 2014-cü ilin avqustunda bitməli idi.
Lakin Mixail Xodorkovskinin müdafiəsi onun əfv məktubu yazmadığını bildiriblər. “O (Xodorkovski) əfvlə bağlı müraciət etməyib. Biz bu müraciətin kim tərəfindən olunduğunu bilmirik”.
Xatırladaq ki, 2005-ci ildən iqtisadi cinayətlərə görə məhkum olunan Mixail Xodorkovski dövründə Rusiyanın ən zəngin insanlarından sayılırdı.
Vüqar İsmayılov