Obama ailəsindən şikayətləndi
Prezident həyat yoldaşı Mişel, qızları 15 yaşlı Maliya və 12 yaşlı Saşanın onu “təklədiyini” bildirib.
“Ailədə azlıqda qalmaq, tək kişi olmaq çox çətindi. Onların hər biri özünəməxsus, güclü və hündür qadınlardır. Bir yerə toplaşanda onlar mənim necə geyinməyim yaxud yüksək səslə danışmağımla bağlı zarafatlar edirlər”.
Birinci ledi Mişel Obama isə həyat yoldaşının rəsmi suallar verməsi ilə bağlı qızları Maliyanın öz dostlarını Ağ Evə gətirməyə çəkindiyini jurnalistlərə etiraf edib.
“Lakin mən özümü yaxşı apardım və qızımı çətin vəziyyətdə qoymadım” – deyə Obama özünə haqq qazandırıb.
Vüqar İsmayılov