Putin ABŞ-ın təhlükəli olduğunu etiraf etdi

 Putin ABŞ-ın təhlükəli olduğunu etiraf etdi
  19 Dekabr 2013    Oxunub:1146
Jurnalistlər üçün mətbuat konfransını davam etdirən Vladimir Putin Edvard Snoudenlə bağlı suala cavab verib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, bu suala Putin “Mən Snoudenlə tanış deyiləm, nə də ki, onunla görüşməmişəm. Mənim çoxlu işlərim var”,- deyə cavab verib.

“Snouden çox cəsarətli seçim etsə də, özü üçün bu seçim çətin olub. Snoden barədə eşidəndə özümə maraqlı gəldi ki, o necə bu qərarı verib. Çünki o, cavan oğlandır. Onun nəyi var idi? Onun heç nəyi yoxdur. Bildiyimə görə, onun yaşı 30-dan bir az artıqdır. Və o bu seçimi etdi”.

Ölkəsinin Snoudenə sığınacaq verməsinə də toxunan Putin ölkəsində Snoudenin anti-amerikan təbliğatı ilə məşğul olmadığını bildiridi.

“Biz ona Rusiyada yaşamaq hüququ verdik. Biz əminik ki, o ,Rusiyada yaşadığı müddətdə anti-Amerika fəaliyyəti ilə məşğul olmayacaq. Onun kənarda qalan bütün məlumatları burada ləğv olunur.

Digər tərəfdən Putin Kalininqrad vilayətində “İsgəndər” raket kompleksinin yerləşdirilməsindən Avropa Birliyi və ABŞ-ın narahatçılıq hissi keçirməsinə münasibət bildirib. Rakertlərin yerləşdirilməsi barədə yekun qərar verilmədiyini bildirib.

“Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, 1-ci biz raketlərin yerləşdirilməsi barədə yekun qərar verməmişik. Qoy sakitləşsinlər. İkincisi, heç kəsi müdafiə etməyə ehtiyac yoxdur”.

Öz seqmentində “İsgəndər” raketlərinin dünyada analoqu olmadığın bildirən Rusiya prezidenti Avropa da ABŞ raketlərini və Hava Hücumundan Müdafiə Sistemlərinin də yerləşdiyini xatırlatdı. “Heç bir avropalı bu silahlara nəzarət etmir. Biz dəfələrlə demişik ki, ABŞ-ın Hava Hücumundan Müdafiə Sistemləri bizim nüvə potensialımıza təhlükə törədir. Bu və ya digər halda biz buna reaksiya verməli idik” – deyə Putin bildirib.



Teqlər:  





Xəbər lenti