Türkiyə ŞOKDA: 4 nazir istefa verdi

Türkiyə ŞOKDA: 4 nazir istefa verdi
  19 Dekabr 2013    Oxunub:1234
Türkiyədə rüşvət və korrupsiyada adları hallanan nazirlər istefa veriblər.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “Radikal” qəzeti məlumat yayıb.

Qəzetin verdiyi xəbərə görə, oğlanları və özləri ilə bağlı ortaya çıxan iddialarla əlaqadar daxili işlər naziri Müəmmər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Egemen Bağış və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktar dünən görüşüb, bu məsələni müzakirə ediblər.

Onlar Türkiyənin baş naziri Rəcəp Tayyop Ərdoğana “biz isetefaya hazırıq” deyiblər.

Eləcə də digər namizədlər və partiya rəhbərləri də nazirlərin istefalarını dəstəkləyib.

Yaxın vaxtlarda nazirlərin istefa vermələri ilə bağl rəsmi məlumatın yayılacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti