Türkiyədə hədəfdə olan 3 nazirin müəmması
Övladları nəzarət altına alınan 3 nazirin hədəf seçilməsinin başlıca səbəbi isə siyasi gündəmi demək olar zəbt edib.
Hər kəs məhkəmə prosesində bütün bu məsələrin ağ üzünün ortaya çıxacağını səbirsizliklə gözlədiyi halda, digər tərəfdən də nazirlər haqqında verilən “proqnoz”lar səngimək bilmir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xarici ticarət naziri Zafər Çağlayanın oğlunun həbsindən öncə verdiyi qeyri-adi açıqlaması da bu proqnozlardan biridir. Yanvarın 15-16-da İrana getməyi planlaşdıran Zafər Çağlayan, bu açıqlaması ilə kimlərəsə mesaj göndərmişdi:
“İrana qadağalar tətbiq olunur. Bu qadağaların hansı mahiyəti daşıdığını müəyyən edən nazirliklərdən birinin başındayam. Türkiyə , qızıl və qiymətli mədənlər başda olmaqla, digər ixrac məhsullarını da İrana yenidən sövq edə biləcək. Bundan sonra isəTürkiyə, İrana hər malını ixrac edəcək. Qarşıdan gələn altı ay ərzində bu potensialımızı daha yaxşı ortaya qoyacağıq. Bu baxımdan İrana xarici səfərimiz böyük əhəmiyyət daşıyır”.
Daxili İşlər naziri Müəmmar Gülər isə baş nazir Rəcəb Tayyib Ərdoğanın evinə “dinləmə aparatının” qoyulmasının ortaya çıxması, əsas hədəfin Ərdoğanın olub-olmadığını araşdırmaq üçün Ttürkiyədəki təhlükəsizlik təşkilatında istintaqı yenidən aparmasını tələb edib. Müəmmar Gülər bu hadisəni ört-basdır etmək istəyənlərə şərait yaratmadığı bildirilir.
Onun Türkiyədəki təhlükəsizlik təşkilatına rəhbər təyin olunmasında və rəhbər dəyişikliklərində vacib rollardan birini oynadığı da vurğulanır.
Türkiyə Ətraf və şəhər naziri Erdoğan Bayraktar hökumətin ən əhəmiyyətli gücü olan “TOKİ”ni illərlə idarə edib. Nazirliyi dövründə, zəlzələ təhlükəsi altında qalan 7 milyon iqamətgahı yenidən bərpa etdirib, böyük şəhər çevrilmə layihələrinə imza atıb.
Cümhuriyyətin 100 illiyinə qədər 3,5 milyon iqamətgah yaradacağını qarşıya qoyan Bayraktarın, tikinti və sənaye satışını həyata keçirən bazarlarda “etibarsız” obraz yarada biləcəyi qeyd olunur.
Mirvari Nəcəf