Putin rüşvətə görə ordu komandanını işdən qovdu

Putin rüşvətə görə ordu komandanını işdən qovdu
  19 Dekabr 2013    Oxunub:1263
Quru qoşunları komandanı Vitali Çirkin vəzifəsini tərk edib.
AzVision.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, Vladimir Putin Rusiya Quru Qoşunları komandanı , general-leytenant Vitali Çirkinin vəzifədən azad olunması barədə qərar qəbul edib.

Qəzetin məlumatına görə, Çirkin istefa ərizəsini hələ oktyabr ayında prezidentə təqdim etmişdi. Onun işdən çıxarılmasına səbəb Rusiya İstintaq Komissiyası tərəfindən rüşvət almaqda günahlandırılmasıdır. “Kommersant”ın məlumatına görə Çirkin işdən dekabrın 2-də azad olunsa da, bu barədə xəbər Kremlin rəsmi saytında 2 həftə sonra yerləşdirilib.

İstintaqın məlumatına görə, Vitali Çirkinin cinayət fəaliyyəti 2010-ciu ilin dekabrından 2012-ci ilin aprelinə qədər davam edib və onun Mərkəzi Hərbi Dairə komandanı olduğu zaman baş verib. Müdafiə nazirliyinə məxsus torpaq sahələrini bazar qiymətindən xeyli ucuz satan general istintaqın qənaətinə görə bundan qanunsuz gəlir əldə edib.

Hazırda Rusiya Quru Qoşunlarını komandanı postunu müvəqqəti olaraq Qərargah rəisi Sergey İstrakov icra edir.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti