Ebru Gündəşin səhhəti pisləşdi

Ebru Gündəşin səhhəti pisləşdi
  19 Dekabr 2013    Oxunub:1250
Həyat yoldaşı Rza Zərrabın həbsindən sonra, məşhur müğənni Ebru Gündəşin səhhəti pisləşib.
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ərinin həbs edilməsindən sonra E.Gündəşin səhhətində narahatlıq yaranıb. Özəl xəstəxanaya aparılan müğənni axşama qədər həkim nəzarətində qalıb.

Ötən gün axşam saatlarında xəstəxanadan çıxan Ebru Gündəş dərhal İstanbul Polis İdarəsinə (İstanbul Əmniyet Müdürlüyü) gedib. Məşhur müğənniyə həyat yoldaşı Rza Zərrabla 2 dəqiqə görüşmək üçün vaxt veriblər.

Qeyd edək ki, Türkiyədə "rüşvət əməliyyatı" çərçivəsində azərbaycanlı iş adamı Rza Zərrabda həbs edilib.


Teqlər:  





Xəbər lenti