Yeni Bank İttifaqı yaradıldı

Yeni Bank İttifaqı yaradıldı
  19 Dekabr 2013    Oxunub:976
Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirləri Bank İttifaqı yaratmaq üzrə razılığa gəliblər.
AzVision.az bu barədə Assosiated Press Agentliyinə istinadən məlumat verir.
Brüsseldə təqribən 12 saat davam edən danışıqların yekununa əsasən, Aİ maliyyə nazirləri bank ittifaqının yaradılması ilə bağlı sonuncu həlledici müddəa – Problemlərin həlli üçün Vahid Mexanizm üzrə razılığa gəliblər. Bu mexanizm iflas etmək üzrə olan bankların bağlanmasına və əmanətçilərin müdafiəsi rejimini işə salmağa imkan verəcək.

Bank İttifaqı ilə bağlı razılaşmanın dekabrın 19-20-də Avropa İttifaqına üzv ölkələrinin liderlərinin sammitində imzalanacağı gözlənilir.

Bank İttifaqının qayda-qanunları Avrozonaya daxil olan 17 Aİ ölkəsində mütləq surətdə həyata keçiriləcək. Quruma üzv daha 11ölkə ( öz valyutasından istifadə edən) bu sistemə qoşulub-qoşulmamaqda sərbəstdir, yəni arzu edərlərsə qoşula bilərlər.

Qeyd edək ki, Bank İttifaqı Razılaşması ilə bağlı hazırlıqlar 2008-ci ildə başlamışdı.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti