Şamaxı “ASAN Həyat” kompleksində bayram konserti - FOTOLAR
Konsert proqramında Azərbaycanın Xalq artisti Aygün Kazımova, Aşıq Əli və Aşıq Samirə, Zenfira İbrahimova, Dj Roşka və digərləri səhnədə bir-birindən möhtəşəm mahnılarını ifa ediblər. Sonra bayram proqramı DJ-lərin ifası ilə davam etdirilib.
Qeyd edək ki, “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
Anar Kəlbiyev
Foto: Şahin Sərdarov
Azvision.az
Teqlər: Şamaxı ASAN-Xidmət