Ermənistan və ABŞ Qarabağı müzakirə etdilər

Ermənistan və ABŞ Qarabağı müzakirə etdilər
  18 Dekabr 2013    Oxunub:1071
Edvard Nalbandyan ABŞ –ın müdafiə nazirinin müavini ilə görüşüb.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Birləşmiş Ştatların müdafiə nazirinin Rusiya, Ukrayna və Avroasiya ilə iş üzrə müavini Evelina Farkası qəbul edib.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə ediblər. Edvard Nalbandyan soz zamanlar Ermənistanla ABŞ arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə və təhlükəsiz sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Qəbula görə, Nalbandyana təşəkkür edən Evelina Farkas isə, ABŞ-ın Ermənistanla müdafiə sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib və bildirib ki, onun səfərinin əsas məqsədi mövcud əlaqələrin daha da möhkəmləndirilməsidir.

Görüş zamanı Ermənistan- NATO münasibətləri də müzakirə edilib. Edvard Nalbandyan region ölkələrinin silahlanmasına nəzarət məsələsinə də toxunub.

Farkas həmçinin, Nalbandyandan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üzrə Ermənistanın həyata keçirdiyi tədbirlər barədə məlumat verməsini və rəsmi Yerevanın regional məsələlərə yanaşması haqqında açıqlama istəyib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti