`Rusiya ilə razılaşma bizi iflasdan xilas etdi`

 `Rusiya ilə razılaşma bizi iflasdan xilas etdi`
  18 Dekabr 2013    Oxunub:1288
Nikolay Azarov Putin-Yanukoviç görüşünün nəticələrini belə şərh edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna baş naziri ötən gün prezident Viktor Yanukoviçin Rusiya səfəri zamanı əldə edilən razılaşmaların ölkəni iflasdan və sosial tənəzzüldən xilas etdiyini düşünür.

“Ukraynanı nə gözləyirdi? Cavab aydındır: iflas və sosial tənəzzül. Bəli, bu yeni il ərəfəsində Ukrayna xalqını məhz belə bir sürpriz gözləyirdi” – deyə Azarov hökumətin iclasında bəyan edib.

Xatırladaq ki, ötən gün Viktor Yanukoviç və Vladimir Putin bir sıra razılıqlar əldə edib. Rəsmi Moskva bundan sonraqazın hr kub metrinə görə Ukraynadan 400 dollar deyil, 268 dollar alacaq. Daha dəqiq desək Rusiya qazın qiymətini Ukrayna üçün 268,5 dollara qədər azaldacaq.

Bundan başqa, Rusiya Ukraynanın qiymətli kağızlar bazarına dövriyyəyə buraxacağı 15 milyard dollarlıq avrobondları əldə edəcək.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti