Pis xəbər pis hadisədən qorxuludur

Pis xəbər pis hadisədən qorxuludur
  18 Dekabr 2013    Oxunub:1532
Kaliforniya Universitetinin alimlərinin apardıları araşdırmaya görə, pis hadisələr barədə xəbərləri, reportajları oxumaq və ya izləmək insanın psixikasına həmin hadisələrin iştirakçısı olmaqdan daha artıq mənfi təsir göstərir.
Onlar 15 aprel 2013-cü ildə Bostonda baş vermiş terror aktının insanlara təsirini öyrənəndən sonra bu nəticəyə gəliblər.

Faciədən 4 həftə sonra alimlər 4675 nəfər arasında sorğu keçirərək, hadisənin onlara təsirini öyrənməyə çalışıblar. Məlum olub ki, olayları KİV vasitəsilə izləyənlər hadisə yerində olanlardan daha artıq stress keçirib. Belə ki, hadisə yerində olanlar bir dəfə stress dozası aldıqları halda, KİV-i izləyənlər hər yeni təfərrüat ilə birlikdə yeni stress dozası alırlar. Buna görə də 6-7 saat ərzində sakitləşə bilmirlər.

“KİV mənfi hadisənin insana göstərdyi təsirin effektini uzadır”,- deyə kaliforniyalı araşdırmaçılar bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti