Emir Kusturitsa və qrupu Heydər Əliyev Mərkəzində - FOTOLAR
O, karyerası boyunca müxtəlif sahələrdə populyarlıq və şöhrət qazanıb. Əvvəlcə o, kinorejissor və ssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.
Emir Kusturitsa 1999-cu ildə “The No Smoking Orchestra” qrupunu yaradıb və onun daimi üzvüdür. O, qrupun tərkibində gitaraçı kimi çıxış edir. “The No Smoking Orchestra” qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin də iştirakı ilə möhtəşəm şou təqdim edir.
Azvision.az
Teqlər: HeydərƏliyevMərkəzi Konsert